AZ

Ölüm riskini dəqiq şəkildə proqnozlaşdıra bilən KƏŞF

Surrey Universitetinin alimləri ölüm riskini dəqiq şəkildə vaxtından əvvəl proqnozlaşdıra bilən beş qan zülalı müəyyən ediblər.

"Ölkə.az" xəbər verir ki, tədqiqatın nəticələri PLOS One jurnalında dərc edilib.

Böyük Britaniya Biobankında 38.000-dən çox iştirakçının məlumatların təhlili nəticəsində PLAUR, SERPINA3, CRIM1, DDR1 və LTBP2 molekulları müəyyən edilib. Onların konsentrasiyalarının növbəti beş və on il ərzində ölüm ehtimalının ən dəqiq göstəriciləri olduğu müəyyən edilib.

Tədqiqatçılar həmçinin yaş faktoru, siqaret çəkmə və xroniki xəstəliklər kimi amilləri nəzərə alaraq artan risklə əlaqəli yüzlərlə digər zülal aşkar ediblər. Məsələn, ağciyər iltihabının tənzimləyicisi olan SERPINA1-in yüksək səviyyələri ölümün ən dəqiq göstəricilərindən biri kimi ortaya çıxıb.

Müəlliflər hesab edirlər ki, bu cür tapıntılar erkən tibbi müdaxiləyə ehtiyacı olan insanları müəyyən edərək "zülal risk profili" yaratmağa kömək edəcək və bununla da ciddi xəstəliklərin inkişaf ehtimalını və səhiyyə sisteminə düşən yükü azaldacaq.

Elvin

Ölkə.az

Seçilən
59
1
olke.az

2Mənbələr