AZ

Bolqarıstan hökuməti “Lukoyl”un ölkədəki aktivlərini almaq imkanlarını nəzərdən keçirir

Bakı. Trend:

Bolqarıstan hökumətinin Rusiyanın “Lukoyl” şirkətinə məxsusaktivləri satın ala biləcəyi ehtimal olunur.

Trend xəbər verir ki, bubarədə “24 saat” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hakim koalisiyanın deputatlarıBolqarıstan İnkişaf Bankı (BDB) vasitəsilə dövlət zəmanətlərininhəcminin 3,8 milyard avrodan 5,8 milyard avroya qədər artırılmasıbarədə parlamentə təklif təqdim ediblər. Bu təklif yaxın günlərdəmüzakirəyə çıxarılacaq.

Qəzet qeyd edib ki, sözügedən zəmanətlər neft və neft emalısahəsində iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi haqqındaqanuna uyğun olaraq səhmlərin və ya payların alınması zərurətiyaranarsa tətbiq edilə bilər. Məsələ Bolqarıstanda “Lukoyl”şirkətinin aktivlərinin mümkün alınması ilə bağlıdır.

Məlumata əsasən, təklif qəbul olunarsa, dövlət büdcəsizəmanətləri təmin edəcək və Bolqarıstan İnkişaf Bankı şirkətin ölkədaxilindəki aktivlərinin və ya kapital paylarının satın alınmasınımaliyyələşdirəcək.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”,“Lukoyl” və onların törəmə şirkətlərini yeni anti-Rusiyasanksiyaları siyahısına daxil edib. Bu sanksiyalar noyabrın 21-dəntam qüvvəyə minir.

Seçilən
84
1
az.trend.az

2Mənbələr