Gürcüstanda Rusiya yönümlü telekanal bağlandı
Gürcüstanda Rusiya yönümlü daha bir telekanal fəaliyyətini dayandırıb. Söhbət "Sezon TV" -dən gedir. Telekanal 21 noyabrdan etibarən yayımını dayandırıb. Kanalın sahibi — tanınmış idmançı və biznesmen Georgi Kandelaki hazırda həbsdə olduğundan televiziya fəaliyyətini davam etdirməyib. Telekanalın açıqlamasında bildirilib ki, kanalın fəaliyyətində əsas prioritet "Gürcüstanın milli maraqları və ölkənin sabit inkişafı" olub. Mətləb