ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda manevr qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 13-də, paytaxtın Bibiheybət yolunda qeydə alınıb. Belə ki, yolun kənarından hərəkətə başlayan 77-DK-666 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü güzgüyə baxmadan hərəkətə başlayıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.