AZ

Ermənistan XİN rəhbəri Brüsselə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün 3 gün müddətinə Brüsselə yollanacaq.

Missiya.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vahan Kostanyan, ədliyyə nazirinin müavini Tiqran Dadunts, daxili işlər nazirinin müavini Armen Qazaryan, Ermənistan Mərkəzi Bankı nazirinin müavini Kristin Qaleçyan, iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan, Baş nazirin müavini Mqer Qriqoryanın ofisinin rəhbəri Viktoriya Aydınyan daxildir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
68
missiya.az

1Mənbələr