AZ

Renuarın bu vaxta qədər naməlum qalan əsəri 1,8 milyon avroya satıldı (FOTO)

Bakı.Trend:

Fransanın görkəmli impressionist rəssamı Pyer Ogüst Renuarın buvaxta qədər məlum olmamış rəsm əsəri Paris hərrac evində 1,8 milyonavroya (təx. 3,5 milyon manat-red) çəkic altına gəlib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Heç vaxt sərgidə nümayiş olunmamış və satılmamış yağlı boyatablonun adı “L’enfant et ses jouets – Gabrielle et le fils del’artiste, Jean” yəni “Uşaq və onun oyuncaqları - Qabriel vərəssamın oğlu, Jan”dır.

1890–1895-ci illər arasında çəkildiyi güman edilən tablorəssamın sonradan “Oskar” mükafatı qazanan kino ustasına çevrilmişikinci oğlunu dayəsi ilə birlikdə oturmuş vəziyyətdə təsviredir.

Rəssamlıq tarixçisi və Renuar üzrə ekspert Paskal Perren əsəritəqdim edərkən “heç bir bərpa işindən keçməməsi səbəbindəninanılmaz dərəcədə yaxşı vəziyyətdə olduğunu” xüsusivurğulayıb.

Hərracdan əvvəl 1–1,5 milyon avro dəyərində qiymətləndiriləntablo çərşənbə axşamı satışın təşkilatçısı olan Drouot hərracevinin bildirdiyinə görə, xarici alıcı tərəfindən əldə edilib.

Renuarın
Məqalədə:
Seçilən
99
az.trend.az

1Mənbələr