AZ

İRİA “SNYK” kibertəhlükəsizlik platforması üzrə lisenziyaya 330 min xərcləyəcək – TENDER KEÇİRİLMƏYİB

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsi “SNYK” kibertəhlükəsizlik platforması üzrə lisenziyanın alınmasına 331 784 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, ödəniş “Smartit” MMC-yə ediləcək. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Nicat Vaqif oğlu Abdullayevdir.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 26 Noyabr 2025, 11:03   
Seçilən
28
pravda.az

1Mənbələr