AZ

Mərkəzi Asiya ölkələrində pərakəndə ticarət dövriyyəsi ilk dəfə olaraq 100 milyard dolları keçəcək

BAKI, 26 noyabr. TELEQRAF

2025-ci ildə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ümumi pərakəndə ticarət dövriyyəsi ilk dəfə olaraq 100 milyard dolları keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Qeyd olunur ki, artım daxili tələbatın genişlənməsi, əhali artımı, regionun iri şəhərlərində pərakəndə ticarət infrastrukturunun aktiv inkişafı ilə bağlıdır.

Cari dövrdə regionda pərakəndə ticarət dövriyyəsi dinamikası qlobal orta göstəricidən xeyli yüksək olaraq qalır. Məsələn, Özbəkistanda 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 11 faiz artaraq təqribən 27,5 milyard dollar təşkil edib. Qazaxıstanda pərakəndə ticarət dövriyyəsi təqribən 38 milyard dollara çatıb ki, bu da əvvəlki ilin göstəricisini 7,1 faiz üstələyib.

Qırğızıstan da logistikanın yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəlməsi hesabına 10-12 faiz artım müşahidə edə bilər. Tacikistan və Türkmənistan da əhalinin artımı və ticarət xidmətlərinə çıxışın artması fonunda davamlı istehlak bazarının genişlənməsini nümayiş etdirir.

Böyük pərakəndə satış şəbəkələri şəhər aqlomerasiyaları və əsas mərkəzlərdə öz mövqelərini gücləndirərək regionda iştiraklarını genişləndirməyə davam edirlər.

Proqnoza görə, Mərkəzi Asiyada onlayn pərakəndə satış yaxın illərdə hər il 30-50 faiz artacaq. Vurğulanıb ki, Mərkəzi Asiya genişlənmiş istehlak artımı mərhələsinə qədəm qoyur, burada əməliyyat səmərəliliyi, texnoloji həllər və yerli istehlakçı seçimlərinə həssaslıq biznesin uğuru üçün əsas amilə çevrilir.

Seçilən
87
teleqraf.com

1Mənbələr