AZ

Neymar mövsümü başa vurdu

“Santos”un forvardı Neymar sol diz menisk zədəsi səbəbindən 2025-ci ildə daha meydanda görünməyəcək.

90deqiqe.Az-ın “Globo”ya istinadən məlumatına görə, futbolçu Braziliya A Seriyasının 35-ci turunda “İnternasional”la görüşdən əvvəl dizində ağrı hiss edib və oyunu buraxıb. Onun növbəti matçda meydana dönməsi gözlənilsə də, müayinələr zədənin daha ciddi olduğunu göstərib.

Beləliklə, Neymar komandasının yüksək divizionda qalmaq uğrunda verəcəyi son oyunlarda iştirak etməyəcək.

Mövsüm ərzində Neymar “Santos”un heyətində 25 matça çıxıb, 7 qol vurub və 1 asist edib.

Futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Transfermarktın məlumatına əsasən, Neymarın bazar qiyməti 11 milyon avrodur.

Seçilən
10
90deqiqe.az

1Mənbələr