AZ

Black Friday böhran günü idi Xaosdan qlobal alış veriş festivalına FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyanın hər tərəfində milyonlarla insanın səbirsizliklə gözlədiyi, mağazaların isə aylar öncədən hazırlaşdığı "Black Friday" (Qara Cümə) əslində heç də xoş mənşəyə malik olmayıb. Bir vaxtlar polis üçün kabusa çevrilən, iqtisadiyyatda böhran günü kimi xatırlanan bu tarix, bu gün qlobal endirimlər və rekord satışlarla yadda qalır.

Black Friday nədir?

Milli.Az qlobal endirimlər günü ilə bağlı qısa araşdırma edib:

"Black Friday" ABŞ-dı Şükranlıq Günündən sonrakı cümə gününə təsadüf edir və bayram alış-veriş mövsümünün rəsmi başlanğıcı sayılır. Mağazalar milyonlarla məhsulu böyük endirimlərlə təklif edir, onlayn platformalar isə trafik və sataş rekordları qırır.

Qısa tarix - "Qara" başlanğıc

1869, "Black Friday" ifadəsi ilk dəfə ABŞ maliyyə böhranı, qızıl bazarının çökməsi günü üçün işlədilib.

1950-60-cı illərdə isə Philadelphia polisinin sıx trafik, izdiham və qarışıqlıq səbəbilə bu cüməni "qara gün" adlandırması ilə alış-veriş mənası formalaşmağa başlayıb.

1960-cı illərdə Şükranlıqdan sonra işçilərin "xəstəlik bəhanəsi" ilə işə gəlməməsi də bu günün populyarlaşmasına səbəb olub.

1980-ci illərdə isə satıcılar bu günü "qırmızı rəqəmlərdən qara rəqəmlərə keçid", yəni zərərdən gəlirə çıxış kimi təqdim edərək geniş miqyasda kommersiya bayramına çeviriblər.

Maraqlı faktlar

"Black Friday" ilk vaxtlar bugünkü kimi endirim deyil, böhran günü idi.

Philadelphia polisi onu "xaos günü" adlandırırdı.

Alternativ ad kimi "Big Friday" təklif olunsa da, özünü doğrultmadı.

Bu gün artıq təkcə ABŞ-də deyil, onlarla ölkədə rəsmi alış-veriş tədbiri kimi keçirilir.

Onlayn alış-veriş platformaları üçün ilin ən yüksək trafik günü hesab edilir.

Bugünkü "Black Friday"

Bu gün "Black Friday" markaların satış hədəflərini müəyyən edən əsas tarixlərdəndir. Azərbaycan da daxil olmaqla bir çox ölkədə mağazalar, elektronika şirkətləri, geyim brendləri və onlayn platformalar xüsusi kampaniyalar elan edirlər.

Bu gün endirimlər qədər vacib olan bir şey də var: səbrli olmaq və yalnız həqiqətən ehtiyac duyduğun şeyləri almaq. Çünki "Qara Cümə" həm fürsət, həm də impuls alış-veriş tələsi ola bilər.Kənan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
news.milli.az

2Mənbələr