AZ

“Amerika əvvəlki layihədə Rusiyanın tələblərinə xeyir dua vermişdi” ADP SƏDRİ

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əvvəla, o 28 bənddən ibarət sülh layihəsi bir çərçivə sənədi idi, onun üzərində iş gedir. Həm Amerikanın özündə iş gedir”.

Bu barədə Hurriyyet.az-a ADP sədri Sərdar Cəlaloğlu ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi planın 28 bənddən 22-yə endirilməsi ilə bağlı açıqlamasına münasibətini ifadə edərkən deyib.

“Bunu hazırlayandan elan etmişdi ki, 28 bənddən ibarət layihə hazırlayıram. Sonra Amerikanın özündə layihə müzakirə olunub, 19-a endirdilər. Ondan sonra, Avropa Birliyi başqa bir alternativ layihə verib. Sonra Ukrayna da prosesə qoşulub. İndi bu elan olunan layihə son layihə hesab olunur. İndi əsas Ukraynanın, Rusiyanın və Avropa Birliyinin də iştirakı ilə iş gedəcək. Orada əsas iki məsələ cox ciddi fikir ayrılığına səbəb olub: Ukraynanın suverenliyi məsələsi və bir də Ukraynanın ərazi bütövlüyü”,-deyə Partiya sədri əlavə edib.

S.Cəlaloğlu bildirib ki, Rusiya Ukraynanın suverenliyinin məhdudlaşması və ərazilərinin dəyişdirilməsini tələb edir: “Avropa qətiyyən bunun əleyhinədir. Amerika da Rusiyanın bu tələblərinə əvvəlki layihədə xeyir-dua vermişdi, yəni razılaşmışdı. Hələ ki, biz bu layihənin son variantı haqqında söz deyə bilmərik. Çünki dediyim kimi, Amerika ilə Avropa və Ukrayna arasında danışıqlar gedir. Eyni zamanda Türkiyəni də bu prosesə qoşub, çalışır ki, Türkiyənin də vasitəçiliyi ilə burada müəyyən bir ədalətli sülhə nail olsun”.

CAVİD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr