AZ

Sürücülər yolda bahalı maşına sakit, ucuz maşına aqresiv reaksiya göstərirlər EKSPERT VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM”in efirində çıxışında bildirib ki, illər keçdikcə avtomobilin tipi, rəngi, nömrəsi təhlükəsizliyə təsir edir. Sürücülərin kiçik və təlim maşınlarına münasibətindəki aqressiya son vaxtlar daha qabarıq görünür. Aqil Rəhimov bu barədə radiodakı müsahibısu zamanı mövzunun ciddiliyinə diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, Aqil Rəhimovun sözlərinə görə, xüsusilə balaca və təlim avtomobillərinə qarşı aqressiv davranışlar geniş yayılıb. O, başına gələn hallardan birini belə nəql edib:

“Təlim üçün istifadə edilən kiçik avtomobillə normal – sağ zolaqla və sürət həddinə uyğun şəkildə – hərəkətdə olarkən digər sürücülər davamlı siqnal verir, əl-qol edərək əsəbi davranış nümayiş etdirirdilər. Sadəcə 60-la gedirdik, amma arxadan siqnallar kəsilmirdi, ötəndə də ironiya ilə jestlər edirdilər,” – deyə o bildirib.

Məşqçi tam əks vəziyyətin də baş verdiyini vurğulayır. Qadın tələbəsinin bahalı, iri və zavod istehsalı tünd şüşəli avtomobili ilə dərs zamanı isə heç bir aqressiya müşahidə olunmayıb. Arxada gələn sürücülər sakitcə gözləyib, nə siqnal veriblər, nə də irad bildiriblər.

Aqil Rəhimov bunu belə izah edir: sürücülər güclü və bahalı avtomobillərə qarşı ehtiyatlıdırlar, lakin zəif və təcrübəsiz görünən maşınlara münasibətdə daha sərt və aqressiv olurlar. Onun sözlərinə görə, bu problemin qarşısı yalnız maarifləndirmə, yol mədəniyyətinin artırılması və sürücülərin psixoloji hazırlığının yaxşılaşdırılması ilə alına bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
avtosfer.az

1Mənbələr