AZ

Ukraynaya hər il 1 milyard dollar dəyərində silah verilir - NATO baş katibi

Bakı. Trend:

Ukrayna ilin sonuna qədər "PURL" dəstək proqramı çərçivəsindəmüttəfiqlərdən 5 milyard dollar məbləğində hərbi yardım alabilər.

Trend xarici KIV-əistinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rüttebildirib.

“Ukraynaya son dərəcə vacib avadanlıq çatdırılır. Avropaölkələri son bir neçə il ərzində əhəmiyyətli töhfə verib, lakinbəzi imkanlar yalnız ABŞ tərəfindən təmin edilə bilər. PrezidentTramp ABŞ silahlarının tədarükünün maliyyələşdirilməsini Kanada vəAvropa müttəfiqləri ilə təmin etməyə razılıq verib”, - deyə Rüttebildirib.

Onun sözlərinə görə, Ukrayna hər ay təxminən 1 milyard dollardəyərində silah alır.

Qeyd edək ki, "PURL" 2025‑ci ilin yayında yaradılmış və məqsədiNATO-ya üzv və tərəfdaş ölkələrin könüllü maliyyə ianələri hesabınaABŞ‑də istehsal olunmuş silah, hərbi texnika, sursat vəavadanlıqların Ukraynaya operativ və sistemli çatdırılmasınısürətləndirmək olan mexanizmdir.

Məqalədə:
Seçilən
134
1
az.trend.az

2Mənbələr