AZ

Azərbaycanda 1938 ci ilin “Mercedes”i satılır FOTOLAR

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Ölkəmizdə daha bir avtomobil elanı diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, bu dəfə Sumqayıtda 1938-ci ilin maşını satışa çıxarılıb.

Sözügedən avtomobil “Mercedes 170 V” modelidir. 1,7 litr mühərrik həcmində olan avtomobil sadəcə 38 at gücündədir. Maşın mexaniki sürətlər qutusu ilə təchiz olunub.

Qara rəngli “Mercedes”in cəmi 68 min yürüş məsafəsinə sahib olduğu qeyd edilib. Dəri salonlu avtomobildə hər şeyin ideal vəziyyətdə olduğu və Azərbaycanda sadəcə 1 ədəd olduğu bildirilir. “Mercedes 170 V”-nin qiyməti isə 620 min 500 manatdır./cebheinfo

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
2
avtosfer.az

3Mənbələr