DÇ-2026-da mübarizə aparacaq komandaların yer aldığı səbətlər məlum olub.
Offsideplus.az xəbər verir ki, 48 komandanın iştirak edəcəyi turnirdə 12 komanda 4 səbətdə yer alacaq.
Püşkatma dekabrın 5-də baş tutacaq.
Türkiyə yığmasına mundiala vəsiqə qazana bilsə, 4-cü səbətdə yer alacaq.
1-ci səbət: ABŞ, Kanada, Meksika, İspaniya, Argentina, Braziliya, Fransa, İngiltərə, Portuqaliya, Almaniya, Niderland, Belçika
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Yaponiya, Uruqvay, İsveçrə, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Paraqvay, Əlcəzair, Şotlandiya, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: Qana, İordaniya, Kabо-Verde, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FIFA pley-off qalibləri (2 komanda).