AZ

Koronavirusun yeni ştammı UŞAQLAR arasında YAYILIB? Nazirlikdən RƏSMİ CAVAB

ain.az bildirir, Baku.ws portalına istinadən.

Son günlər uşaqlar arasında pnevmoniya və koronavirusun yeni ştammının yayıldığı barədə xəbərlər yayılıb.

BAKU.WS məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdi.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Təyyar Eyvazov BAKU.WS-ə bildirdi ki, yenikoronavirus uşaqlarda əsasən yüngül əlamətlərlə keçir və pnevmoniya halları nadir rast gəlinir.

Ekspert qeyd edib ki, rast gəlinən pnevmoniya hallarının əksəriyyəti immuniteti zəif olan insanlarda digər respirator viruslar tərəfindən törədilə bilər.

Hazırda ölkədə koronavirusun yeni ştamının yayılması ilə bağlı rəsmi məlumat yoxdur və epidemioloji vəziyyət sabitdir.

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
baku.ws

2Mənbələr