AZ

Günay Ağamalının qızının videoları yayıldı - İDDİA - VİDEO

Sosial şəbəkədə yayılan videolar diqqət çəkib.

Gundem.az xəbər verir ki, görüntülərdəki gənc qız deputat Günay Ağamalının qızı Nigar Həsənovanın olduğu iddia edilib. Onun bu videoları isə açıq "Tik-tok" səhifəsindən götürülüb.

Diqqət çəkən digər məsələ isə gənc qızın boynundakı xaç olub. Onun dinini dəyişərək xristianlığı qəbul etməsi görünür. 

Xanım deputatın Milli Məclisin "Ailə, qadın və uşaq komitəsi"nin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olması və qızının açıq-saçıq paylaşımları izləyicilər arasında müzakirə doğurub.

Qeyd edək ki, Günay Ağamalı keçmiş millət vəkili Fəzail Ağamalının qızıdır.

Məsələ ilə bağlı deputat Günay Ağamalı ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

 

Seçilən
14
1
gundem.az

2Mənbələr