ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Bakının Tbilisi prospektində 65 nömrəli marşruta məxsus avtobusunun sürücüsü təhlükəli ötmə manevri edib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, 99-JO-929 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü digər hərəkət iştirakçılarının və sərnişinlərinin həyatını riskə atıb.
Kadrlarda avtobusun yolun sıx olduğu anda qəfil zolaq dəyişərək digər nəqliyyat vasitələrini yüksək sürətlə ötüb keçdiyi açıq şəkildə görünür. Sosial şəbəkə istifadəçiləri sürücünün davranışını sərt tənqid edib.
Sözügedən kadrları təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.