AZ

Deputatdan qızına aid olduğu deyilən görüntülərlə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə millət vəkili Günay Ağamalının qızına aid olduğu iddia edən görüntülər yayılıb.
Ölkə.Az xəbər verir ki, Şəfəq Ağacan adlı sosial şəbəkə istifadəçisi boynunda xaç olan və tatulu qız videosu paylaşaraq görüntülərdəki şəxsin deputatın qızı Nigar Həsənova olduğunu iddia edib.
Depuatın Milli Məclisin Ailə,qadın və uşaq komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olduğunu xatırladan şəxs boynundakı xaça görə millət vəkilini tənqid edib.
G.Ağamalı Ölkə.Az-ın sorğusuna cavab olaraq görüntülərin qızına aid olmadığını söyləyib:
“Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır.
 Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və  övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir.
Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir.
Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq  hüququna malikdir.
Bizi yolumuzdan heç kim çəkindirə bilməz.
Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və  xalqımızın  mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.
Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri  qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.
 

Seçilən
21
13
olke.az

4Mənbələr