AZ

2026 cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb. Mərasim Qədim Olimpiya stadionunda keçirilməli olsa da, pis hava şəraiti səbəbindən Arxeologiya Muzeyinə köçürülüb.

İdman.Biz xəbər verir ki, alovlandırma mərasimində Yunanıstan prezidenti Konstantinos Tasulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri də iştirak ediblər.

Qədim Olimpiya, Olimpiya Oyunlarının doğulduğu məkan sayılır və burada məşəlin alovlandırılması 1936-cı ildən bəri Oyunların rəmzi - başlanğıc nöqtəsi hesab olunur. Ali kahinə ənənəyə uyğun olaraq günəş şüalarını parabolik güzgü vasitəsilə toplayaraq məşəli yandırıb və sülh, paklıq, həmçinin Olimpiya ruhunun davamlılığını təcəssüm etdirən alovu məşəl daşıyıcısına təqdim edib.

Qeyd edək ki, Milano-Kortina 2026 Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək təşkil olunacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
1
icma.az

2Mənbələr