AZ

Necə razı olaram ki, mənim ölkəmin qızı erməni nümayəndəsini qucaqlasın Şəhid atasından Samirəyə ETİRAZ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 xal verib. Müsabiqənin nəticələri elan olunarkən Samirənin erməni iştirakçını səhnədə qucaqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.

Redaktor.az mövzu ilə bağlı kəlbəcərli tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şəhid atası, Əməkdar müəllim Mirsəyyaf Zamanlının fikirlərini öyrəndi:

"Mən Samirə xanımın xal verməsinə narazı deyiləm. Amma Samirə xanımın mehribancasına ermənini qucaqlayıb ürəyinə sıxmağına narazıyam. Gör bizim bir nəfərimiz olsa, erməni onu edərmi? Əksinə, erməni bizim qanımıza susayıb. Mən şəhid atasıyam. Mənim oğlumu erməni şəhid edib. Mən necə razı olaram ki, mənim ölkəmin qızı getsin, mənim oğlumu şəhid edənin - fərqi yoxdur, özü olsun, qardaşı, ya əmisi oğlu - həmin erməni nümayəndəsini qucaqlasın, özü də mehriban şəkildə ürəyinə sıxsın? Bu, çox səhv fikirdir. Xal versin, eybi yoxdur, lap bir az da artıq versin. Gələndə əllə görüşsün, mədəni surətdə. Azərbaycanlı qızı kimi, axı bizim Azərbaycan xanımlarının mədəniyyəti var. Sən tanımadığın adamla heç vaxt qucaqlaşa bilməzsən, mehriban ola bilməzsən. O da qaldı ki, Azərbaycan şəhidlərinin qanını tökən erməni ilə. Həmin nümayəndədir də, fərqi yoxdur - o olsun əmisi oğlu, xalası oğlu, dayısı oğlu - erməni ermənidir. Erməni tarix boyu bizim düşmənimiz olub. Eybi yoxdur o tərəfi, eybi yoxdur, o xal verdi, yaxşı elədi. Bəs sənə nə düşüb ki, gedib ermənini qucaqlayıb mehribancasına görüşürsən?".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
redaktor.az

3Mənbələr