AZ

Günay Ağamalı təkzib etdi: O qız mənim övladım deyil!

Sosial şəbəkələrdə deputat Günay Ağamalının qızı olduğu iddia edilən şəxsin videoları yayılıb.

Deputat Modern.az-a açıqlamasında isə iddiaları təkzib edib.

O bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdəki qadın deputatın qızı deyil:

"Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir. Yayılan videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış bir qara piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun övladıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.

Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram".

Qeyd edək ki, videoda gənc qızın bədənində tatuların olması və boynuna xaç taxması tənqid edilib.

Seçilən
22
28
turkustan.az

10Mənbələr