AZ

“Videodakı mənim qızım deyil” - Deputat Günay Ağamalı

Deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir. Deputatın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olması səbəbindən videonun məzmunu və iddialar daha çox müzakirə edilib.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Günay Ağamalı yayılan görüntülərin saxta olduğunu bilirib.

Deputat qeyd edib ki, sosial mediada ailə üzvləri haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır:

“Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir”.

G.Ağamalının sözlərinə görə, videodakı qız onun övladı deyil: “Yayılan videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış  qara piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir”.

“Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.

Seçilən
35
28
avtosfer.az

10Mənbələr