AZ

Polis Akademiyasında konfrans keçirilib (FOTO)

Bakı.Trend:

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasınıntəşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktualproblemləri” mövzusunda beynəlxalq elmi-praktik konfranskeçirilib.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova,Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan,Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələriiştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlifqurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti,Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları,magistr və doktorantları da tədbirə qatılıblar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlərnazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb. O,tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlararzulayıb və əsas məqsədin cinayətkarlığa qarşı mübarizədəinnovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərintəhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.

Tədbir panel çıxışlarla davam edib.

İştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənincinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formalarıvə inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinincinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri vəpraktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinintəkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsibarədə fikirlər səsləndirilib.

Konfrans çərçivəsində normativ-hüquqi bazanıntəkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlarauyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlıyeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlərkimi önə çıxıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasındaəməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin dahada sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarınıntəşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi vəelmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsiaparılıb. Cinayətkarlığın statistik və kriminoloji təhlilinə dairyeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdənbiri kimi qeyd olunub.

Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkiliniyüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadəediblər.

Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.

Polis
Polis
Polis
Polis
Polis
Seçilən
75
6
az.trend.az

10Mənbələr