AZ

Fəzail Ağamalı nəvəsi ilə bağlı yayılan videodan DANIŞDI 

Deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da yayılan görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda boynunda xaç olan gənc xanımın rəqs etməsi istifadəçilər arasında müxtəlif fikirlərə yol açıb. Məsələnin daha çox diqqət çəkməsinin səbəbi isə Günay Ağamalının Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olmasıdır.


Manset.az Konkret.az-a istinadən xəbər verir ki, yayılan iddialarla bağlı deputatın atası, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlanılıb.

O, açıqlamasında məsələyə münasibət bildirmək istəmədiyini deyib:

“Günayın açıqlaması var, mən bu haqda heç nə danışmaq istəmirəm”, – deyə Fəzail Ağamalı vurğulayıb.

Seçilən
9
7
manset.az

8Mənbələr