Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Millətlər Liqasındakı qələbəni qeyd etmək üçün komanda yoldaşlarının hər birinə saat hədiyyə edib.
Publika.az xəbər verir ki, 40 yaşlı forvard saatları dostu və tanınmış zərgər Ceykob Arabo vasitəsilə sifariş verib.
Milli komandanın futbolçuları saatları DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla keçirilən oyundan (9:1) əvvəl alıblar. Bir ədəd saat isə avtoqəza nəticəsində həlak olan Dioqo Jotanın ailəsinə təqdim edilib.
2025-ci ilin iyununda Portuqaliya UEFA Millətlər Liqasını ikinci dəfə qazanan ilk komanda olub.
Heybət