AZ

Sahil Qasımov: “Qərbi Azərbaycan və Türk Dövlətləri üzrə böyük vəzifələr bizi gözləyir”

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov Bakıda keçirilən tədbirdə çıxışı zamanı Azərbaycanın informasiya mübarizəsində əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışıb.

QHT.az xəbər verir ki, Sahil Qasımov qeyd edib ki, uzun illər ərzində Qarabağ münaqişəsi bəzi dairələr tərəfindən yanlış şəkildə dini müstəviyə çəkilməyə çalışılsa da, Azərbaycan tərəfinin ardıcıl və faktlara söykənən fəaliyyəti bu cəhdlərin qarşısını alıb:

“Qarabağ məsələsi nə dini, nə də siyasi manipulyasiyalarla izah edilə bilərdi. Biz bu təhriflərin qarşısını aldıq və həqiqəti qəbul etdirə bildik. Müharibədən sonrakı dövr yeni mərhələnin başlanğıcıdır və bu mərhələdə daha çox iş görülməlidir. Bundan sonra əlimizi yanımıza qoymamalıyıq. Daha çox işləməli, daha çox fəaliyyət göstərməliyik. Qarşıda böyük məsələlər var. Yaxın perspektivdə diqqət Qərbi Azərbaycan məsələsinə və Türk Dövlətləri Təşkilatı xəttində əməkdaşlığın gücləndirilməsinə yönələcək. Qarşıda Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin davam etdirilməsi istiqamətində mühüm işlər görməliyik. Üzərimizə düşən missiyanı yaxşı dərk edirik və bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik.”

Sahil Qasımov çıxışının sonunda təşkilat üzvlərinə və tədbir iştirakçılarına göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

 

Pərvanə Fərhadqızı

Seçilən
132
qht.az

1Mənbələr