AZ

Rusiya və Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb, Gürcüstana və İrana gedənlərin sayı artıb

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət Statistika Komitəsi Azərbaycanda turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-oktyabr aylarında 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olmuşdur.

Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalmışdır. 

Azərbaycan Respublikası vətəndaşlarının 42 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil etmişdir.                                               

2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
24
marja.az

10Mənbələr