Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib. Şahid Elyar İbrahimov təqsirləndirilən şəxslə qonşu olduğunu dedi:
"Qonşu kimi salam-sağ ol-dan ibarət münasibətim olub. Mən sürücüyəm, səhər işə çıxıb, axşam evə qayıdan adamam. Qayıdanda eşitdim ki, qonşum Natiq həyat yoldaşını qətlə yetirilib. Dedilər ki məsələ qısqanclıq zəminində baş verib".
Təqsirləndirilən Natiq Məhərrəmov onun ifadə verməsinə etiraz edərək dedi: "Bu adamın özü elə işin içindədir, hər şeydən də xəbəri var. Bu insan hər axşam mən işə gedəndən sonra qapını açırdı, Ceyhun da bloka daxil olurdu. Dayan hələ, gələcəksən lazım olan yerə".
Daha sonra növbəti məhkəmə prosesi 17 dekabr 11:30-a təyin edilib.
Xatırladaq ki, 2025-ci ilin aprelin 7-si, saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı rayon prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta