AZ

Bayram süfrəsi üçün azı 150 manat HAZIRLAYIN

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni ilin yaxınlaşması ilə ailələr süfrə hazırlığını  planlayır və bayram masası üçün lazım olan məhsulların qiymətini hesablayırlar.

Qiymətlər isə hər ailə üçün büdcə hesabını yenidən gündəmə gətirir. Ərzaq məhsullarının qiyməti artdığı üçün bayram süfrəsi əvvəlki illərə nisbətən daha baha başa gəlir.

Ğlkəmizdə bu il orta statistik ailə üçün Yeni il süfrəsi neçəyə başa gələcək?

“Cebheinfo.az” qiymətlərlə bağlı araşdırmanı təqdim edir. Orta statistik, 4 nəfərdən ibarət ailə bayram süfrəsini standart yeməklərlə – salat, dolma, plovla bəzəmək istəsə, xərclər belə olur: toyuq ətinin 1 kiloqramı orta hesabla 7–9 manat, digər ət məhsullarının qiyməti isə 18–20 manat arasında dəyişir. 

Salatlar və tərəvəzlər isə xırda görünən, amma toplandıqda əhəmiyyətli xərc yaradan kateqoriyadır. “Paytaxt” və “Mimoza” kimi salatlar üçün tərəvəz və göyərti 12–15 manat, mayonez və souslarla birlikdə isə 19–23 manat xərclənir.

Plov üçün ayrıca xərc tələb olunur: 1 kq düyü 3,80 AZN, 1 kq qaysı 9–12 AZN, 1 kq kişmiş 8–14 AZN, 1 kq şabalıd 8 AZN, 1 kq soğan 0,40–0,90 AZN, 1 kq ət isə 17–20 AZN təşkil edir.

Orta səviyyəli tortun qiyməti 25–35 manat, 1–2 kq konfetlə birlikdə  45–50 manat xərcə başa gəlir. Meyvə isə süfrənin ayrılmaz hissəsidir: alma 1,8–2,5 manat/kg, portağal 2–3 manat/kg, portağal 2,5–4 manat/kg, banan isə 3–4 manat/kg təşkil edir. Dörd nəfərlik ailə üçün meyvə xərcləri 12–18 manat civarında olur.

Bütün bunlar toplandıqda, orta səviyyəli Yeni il süfrəsinin xərci 4 nəfər üçün təxminən 110–150 manat olur. Seçilən məhsulun növü və miqdarından asılı olaraq bu rəqəm dəyişə bilər, amma əgər qiymət indiki səviyyədə qalarsa, adətən ailələr süfrəni bu civarda hazırlayırlar.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

Bayram süfrəsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
153
1
cebheinfo.az

2Mənbələr