AZ

"Qaçqınkom" azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi məsələsinə münasibət bildirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi məsələsinə münasibət bildirib.

Aznews.az xəbər verir ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33, yaxud 60 manat təşkil edir.

"Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir. Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir.

Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər (bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur) üçün bu məbləğ 60 manat təşkil edir.

Seçilən
32
17
aznews.az

10Mənbələr