AZ

“Apple” 14 ildən sonra ilk dəfə “Samsung”u ötdü

“Apple” 14 ildə ilk dəfə smartfon tədarükündə “Samsung”u ötüb.

Busaat.az xəbər verir ki, bu barəsdə “Counterpoint Research” (CR) araşdırmasında qeyd olunub.

Mütəxəssislərin hesablamalarına görə, ABŞ-ın İT nəhəngi 2025-ci ildə iPhone tədarüklərində 10 faiz artım qeyd etmək yolundadır. Onun rəqibi Samsung-un satışları cəmi 4,6 faiz artıb.

CR-nin rəqəmləri təsdiqlənərsə, Apple 2025-ci ilə qədər qlobal smartfon bazarının lideri olacaq. iPhone istehsalçısı sonuncu dəfə 2011-ci ildə birinci yeri tutmuşdu.

CR ekspertləri qeyd ediblər ki, Apple-ın uğuru iPhone 17 seriyasının güclü satışı ilə bağlıdır. Satışların ilk ayında iPhone tədarükü 22 faiz artıb, ümumi bazar isə 2,7 faiz azalıb. Oktyabrda Amerika şirkətinin smartfon tədarükləri illik müqayisədə 37 faiz artıb, ümumi bazar isə 8 faiz artıb.

Hesabatda Tim Kukun korporasiyasının Samsung-u keçərək 19,4 faiz payla ili başa vuracağı bildirilir. Koreya İT nəhənginin payı açıqlanmır.

CR analitikləri hesab edirlər ki, Apple ən azı 2029-cu ilə qədər dünyanın ən böyük smartfon satıcısı olaraq qalacaq. Buna qatlanan iPhone və sərfəli iPhone 17e-nin buraxılması səbəb olacaq.

Yeganə

Seçilən
31
busaat.az

1Mənbələr