AZ

Medinanın durumuna aydınlıq gəldi

BAKI, 26 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada "Napoli" ilə keçirilən oyunda huşunu itirən "Qarabağ"ın futbolçusu Kevin Medina tibbi müayinədən keçib .

Teleqraf-ın məlumatına görə, bu gün aparılan müayinələr nəticəsində futbolçunun vəziyyətinin normal olduğu müəyyənləşib.

Ağdam klubu sabah istirahət edəcək. Medinanın növbəti gündən komanda ilə məşqlərə qoşulması gözlənilir.

Qeyd edək ki, sözügedən matçın 5-ci dəqiqəsindərəqib futbolçu Skot Maktomineyin qapı çərçivəsinə vurduğu top Medinanınüzünə dəymişdi və bu səbəbdən o, huşunu itirmişdi.

Kolumbiyalı oyunçu həkimlərin müayinəsindən sonra oyuna davam etmişdi.

Seçilən
140
2
teleqraf.com

3Mənbələr