AZ

Davud Rüstəmov: Artıq ölkənin kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb VİDEO

Bakı, 26 noyabr, AZƏRTAC

Son illərdə kibertəhdidlərin qlobal miqyasda artması dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurmaqla yanaşı, gündəlik həyatın bütün sahələrində təhlükəsizlik risklərini ciddi şəkildə artırır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq istər idman, istər biznes, istərsə də digər fəaliyyət sahələrində olan insanlar kiberhücumların real təsirləri ilə üzləşirlər.

“Hər birimiz üzərimizdə telefon, məlumat daşıyıcıları gəzdiririk, evlərimizdə “smart” avadanlıqlar var. Bunların hər biri potensial hücum hədəfinə çevrilə bilər və nəticədə bizim şəxsi həyatımız belə təhlükə altına düşə bilir”, - deyə D.Rüstəmov qeyd edib.

Mərkəz rəisi bildirib ki, Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə dair əsas addım 2021-ci ildə atılıb və bu sahə üzrə səlahiyyətli qurum müəyyən edilib: “Bu prosedurlar nəticəsində Azərbaycan qanunvericiliyində ilk dəfə “kibertəhdid” anlayışı təsbit olunub, “kritik informasiya infrastrukturu” isə hüquqi status alıb. Son beş il ərzində bu sahədə genişmiqyaslı işlər aparılıb. 2021-ci ildə bu istiqamətdə fəaliyyətə başlayanda desəydilər ki, 2025-ci ildə belə nəticələr əldə olunacaq, bəlkə də inanmaq çətin olardı. Lakin bu gün artıq ölkənin kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb”.

Seçilən
44
1
azertag.az

2Mənbələr