Kriştianu Ronaldu Portuqaliyanın Millətlər Liqasını qazanan komandasının hər bir üzvünə lüks xatirə saatı hədiyyə edib.
Ölkə.az xəbər verir ki, Ronaldu şəxsən lüks saat istehsalçısı, dostu Yakob Arabodan xüsusi hazırlanmış saatları sifariş edib.
O bu saatları DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla oyundan əvvəl komanda yoldaşlarına göndərib. Ronaldu, həmçinin 28 yaşında qardaşı Andre Silva ilə birlikdə faciəli avtomobil qəzasında həlak olan Dioqu Jota üçün də saat hazırladıb və ailəsinə göndərib.
Saatların qiyməti açıqlanmasa da, xüsusi dizayn və istifadə edilən materialların keyfiyyəti nəzərə alınaraq, bunların bir neçə min funt sterlinq dəyərində olduğu ehtimal edilir.(oxu.az)
