Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasındakı qələbə münasibətilə komanda yoldaşlarını xüsusi hədiyyə təqdim edib.
Apasport.az xəbər verir ki, 40 yaşlı superulduz saatları yaxın dostu, məşhur zərgər Ceykob Araboya şəxsi sifarişlə hazırladıb.
Saatlar DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla keçirilən qarşılaşmadan əvvəl təqdim olunub. Onlardan biri isə avtoqəza nəticəsində həlak olan Dioqo Jotanın ailəsinə verilib.
Saatların qiyməti 160 min dollar (təxminən 272 min AZN) təşkil edir.
Xatırladaq ki, Portuqaliya millisi 2025-ci ilin iyununda UEFA Millətlər Liqasını iki dəfə qazanan ilk komanda olub.
Neymar yenə zədələndi
"Əl-Nəsr"in futbolçusu "Beşiktaş" yolunda
Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
"Fənərbaxça" "Ferencvaroş"la matça 5 itki ilə çıxacaq
Levandovski "Fənərbaxça"nın təklifini rədd edib