Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ATV-nin efirində gərginlik yaşanıb.Bizim.Media xəbər verir ki, “Gün ortası” verilişində aparıcı Zümrüd Bədəlova ilə prodüser Asif Kərimovun sözü çəp gəlib.Buna səbəb, A. Kərimovun Mirzə Ələkbər Sabirin “Qoyma, gəldi” əsərinə bəstələdiyi mahnı olub.
Zümrüd mahnı ilə bağlı yazılan tənqidləri səsləndirib və sosial mesajın ritmik aranjimanla təqdim olunmasına irad bildirib.
A. Kərimov isə bununla razılaşmayıb. Əsəbiləşən prodüserin səsi bir neçə dəfə efirə verilməyib.
Sara, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.