AZ

“İmişli Yağ Pendir” ASC səhmləri hərraca çıxarılır

“İmişli Yağ Pendir” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmlərinin 30 faizi hərraca çıxarılacaq. 

Hit.az xəbər verir ki, nominal dəyəri  71 546 manat olan səhmlərin start qiyməti 35 773 manatdır. 

Hərrac dekabrın 23-də keçiriləcək. 

“İmişli Yağ Pendir” ASC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 238 217,6 manatdır. ASC-nin qanuni təmsilçisi Heydərov Fariz Cabbar oğludur. 

Abbas 

Seçilən
90
hit.az

1Mənbələr