BAKI, 26 noyabr. TELEQRAF
Roma Papası XIV Leo katoliklərin eyni vaxtda bir neçə şəxslə evlənməsini qadağan edən fərman imzalayıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, çoxevlilik məsələsi 2023 və 2024-cü illərdə Vatikanda keçirilən iki beynəlxalq sammitdə müzakirə olunub. Müzakirələrə Afrikada çoxarvadlılığın yayılması və Qərb ölkələrində çoxpartnyorluğun getdikcə populyarlaşması səbəb olub.
Vatikanın mövqeyi dəyişməz olaraq qalır: Katolik ənənəsi evliliyə bir kişi və bir qadının ömürlük birliyi kimi baxır. Rəsmi sənəddə vurğulanır: “Evlilik bərabər ləyaqət və hüquqlara malik iki insanın birliyi olduğundan, müstəsna öhdəlik tələb edir”.