''Yunion''un İstanbulda ''Qalatasaray''ı 1:0 məğlub etməsi Çempionlar Liqasında 5-ci turun ilk oyun gününün əsas sürprizlərindən biri oldu.
"Football-plus.az" xəbər verir ki, Belçika çempionunun prezidenti Aleks Mutsio oyunsonrası açıqlamasında komandası ilə qürur duyduğunu bildirərək bunları deyib: ''Mənim üçün bundan daha böyük qürur ola bilməzdi. Həqiqətən əla oynadıq. Əsil təcrübəli komanda təsiri bağışladıq. Xüsusilə də topsuz oyunda. Əvvəldən sona qədər enerjimiz yüksək idi. Son anlarda ''Qalatasaray'' yaxaladığı fürsət zamanı Davinson Sançes topu qapının üstündən vurdu. Həmin anda nəbzim 200-ə qalxdı. Özümü pis hiss elədim. Amma indi yaxşıyam. Nə qədər fədakarlıq etsən də və çox çalışsan da, futbolda hər şey bir saniyənin içində dəyişə bilir. Oyunçularıma güvənirdim. Amma yenə də son anlarda hər şey ola bilərdi... Çox çətin atmosferdə oynadıq. Daha öncə beləsini yaşamamışdıq. Düzdü, ''Reyncers''lə səfər oyununda qəliz ab-hava var idi. Amma o vaxt durum fərqli idi. Tribunada bizə qarşı hiddət və nifrət hökm sürürdü. Burda isə fitə basıldıq. Bir futbolçu üçün top ayağa gələn kimi tribunalardan uğultu səsləri eşitmək çətindi. Top uzaqlaşan kimi səslər də kəsilir. Yəni səsləri eşitməmək üçün topu ələ keçirən kimi onu qaytarmaq istəyirsən. Amma futbolçularımız bunun təsirinə düşmədi. Sona qədər sakit qalmağa çalışdılar''.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta