Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyənin məşhur intellektual yarışması “Kim Milyoner Olmak İster?”in son buraxılışında gözlənilməz hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, proqramın yeni bölümündə iştirakçı artıq ilk sualda səhv cavab verərək yarışmanı erkən tərk etmək məcburiyyətində qalıb.
İştirakçıya “Sizə çay, qəhvə, qazlı su, ayran, meyvə suyu kimi seçimlər təqdim olunursa, yəqin ki, əvvəlində hansı sual soruşulub?” sualı ünvanlanıb. İştirakçı isə tərəddüd etmədən “Acsan?” cavabını verib. Sualın doğru cavabı “Nə içərsiniz?” olub.
Səhv cavab nəticəsində iştirakçı oyundan kənarlaşdırılıb.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.