“Santos”da ciddi itki baş verib. Komandanın futbolçusu Neymar menisk zədəsi aldığı üçün 2026-cı ilədək oyunlara çıxa bilməyəcək.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının XXXV turunda “İnternasional”la matç ərəfəsində sol dizində ağrı hiss edib və qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.
Ulduz oyunçunun növbəti görüşdə sıraya dönəcəyi gözlənilsə də, zədəsi ciddi olub. Nəticədə Neymar A Seriyasında qalmaq uğrunda mübarizə aparan komandasına son üç matçda kömək edə bilməyəcək.
Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsinin müddəti cari ilin sonunda başa çatacaq.
Türkiyə millisinin üzvü “Roma”dan ayrıla bilər
Neymar yenə zədələndi
"Əl-Nəsr"in futbolçusu "Beşiktaş" yolunda
Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
"Fənərbaxça" "Ferencvaroş"la matça 5 itki ilə çıxacaq