AZ

“Neftçi” axtardığını tapdı – Samir Abasovu o, əvəzləyir! – SON DƏQİQƏ!

“Neftçi” Samir Abasovun gedişindən sonra boş qalan baş məşqçi postuna axtarışları demək olar ki, dayandırıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın rəhbərliyi axtardığı çalışdırıcını qısa zamanda tapa bilib. Söhbət Yuri Vernidubdan gedir.

Bakı klubu təcrübəli çalışdırıcı ilə bütün məsələlərdə ortaq məxrəcə gələ bilib. Ukraynalı mütəxəssislə razılaşdırılmış bütün detalların yalnız rəsmiləşdirilməsi qalıb.

Qeyd edək ki, “Neftçi”də boş qalan bu posta daha iki şəxsin – Viktor Qonçarenko ilə Abdulla Avcının da real namizəd olduğu bildirilirdi.

 

 

Seçilən
45
1
idmanxeber.az

2Mənbələr