AZ

Ağ Evin yaxınlığında atışma baş verdi - Xəsarət alanlar var

Vaşinqtonda, Ağ Evin yaxınlığında atışma baş verib. Hadisə zamanı Milli Qvardiyanın 2 əsgəri yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Polis bildirib ki, atışma təxminən saat 14:20 (Bakı vaxtı ilə 01:20) radələrində Farragut West metro stansiyasının yaxınlığında, 1-ci və 17-ci küçələr arasında başlayıb.

Ağ Evdən bir neçə məhəllə aralıda baş verən atışmada şübhəli bilinən bir kişini saxlayıb. Vaşinqton Polis Departamenti bu barədə "X" sosial media səhifəsində məlumat verib.

Hadisə yeri hazırda mühasirəyə alınıb. Polis sakinlərə ərazidən uzaq durmağı tövsiyə edib.

Seçilən
48
10
publika.az

10Mənbələr