Misli Premyer Liqasının 13-cü turunda "Turan Tovuz"un qonağı olacaq "Neftçi" səfər oyununun hazırlıqlarını klubun akademiyasında çalışan Sənan Qurbanovun rəhbərliyi altında davam etdirir.
"Ağ-qaralar"ın sözçüsü Asəf Zeynallının Fanat.Az-a verdiyi məlumata görə, komandada itki yoxdur:
"Nə cəzalı futbolçu var, nə də zədəli. Komanda "Turan Tovuz"la matça tam heyətlə hazırlaşır".
"Turan Tovuz" - "Neftçi" qarşılaşması noyabrın 28-də baş tutacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüşün start fiti 18:30-da səsləndiriləcək.
Xatırladaq ki, Bakı klubu bu həftə baş məşqçi Samir Abasovu istefaya göndərib.
Nihat