Papa XIV Leo Roma Kuriyasının yeni qaydasını təsdiqləyib və katolikləri ömürlük monoqam nikahlara can atmağa, çoxarvadlılıqdan imtina etməyə çağırıb.
"Unikal" xəbər verir ki, sənəd Vatikanın saytında dərc edilib.
Vatikan Afrikada, o cümlədən Katolik Kilsəsinin üzvləri arasında çoxarvadlılıq təcrübəsinə qarşı çıxdığını bildirib. Fərmanda vurğulanır ki, nikah kişi və qadın arasında bir dəfə bağlanan ömürlük öhdəlik hesab olunur.
Sənəddə deyilir: "Hər bir əsl nikah iki şəxsdən ibarət olan və o qədər yaxın və hərtərəfli bir münasibət tələb edən bir vəhdətdir ki, onu digərlərindən ayırmaq mümkün deyil".