AZ

Vaşinqtonda atışmadan sonra uçuşlar dayandırıldı

BAKI, 27 noyabr. TELEQRAF

Ağ Ev yaxınlığında baş verən silahlı insidentdən sonra Ronald Reagan adını daşıyan Vaşinqton Milli Hava Limanı təyyarələrin uçuşunu müvəqqəti olaraq dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Qurumun rəsmi saytında yerləşdirilən bildirişə əsasən, uçuşlara qoyulan qadağa təhlükəsizlik səbəbləri ilə tətbiq edilib və yerli vaxtla ən azı saat 16:00-a (Bakı vaxtı ilə 00:00) qədər qüvvədə qalacaq.

Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem atışma nəticəsində Milli Qvardiyanın iki hərbi qulluqçusunun yaralandığını açıqlayıb.

Hazırda Florida ştatında olan ABŞ prezidenti Donald Tramp Milli Qvardiya hərbçilərinin vəziyyətinin kritik olduğunu bildirib. Onun sözlərinə görə, hücum edən şəxs də ağır yaralanıb. Amerika lideri əlavə edib ki, cinayətkar törətdiyi əməllərə görə ağır bədəl ödəyəcək.

Seçilən
60
27
teleqraf.com

10Mənbələr