AZ

Arıqlamaq üçün qəsdən kökələn 30 yaşlı fitnes-bloqer ÖLDÜ – VİDEO

Arıqlamaq üçün qəsdən kökələn 30 yaşlı fitnes-bloqerin ürəyi dözməyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Orenburqdan olan 30 yaşlı fitnes-bloqer Dmitri Nuyanzin izləyiciləri üçün arıqlama marafonu təşkil edib.

O, çəkisi 100 kq-dan çox olub yanvarın 1-dək ən azı 10% çəki atanlara 10 min rubl mükafat verəcəyini vəd edib.

Çelenc iştirakçıları ilə bərabər şərtlərdə olmaq üçün o, qəsdən çəki yığmağa başlayıb.

Bloqer artıq çəkiləri hamı ilə birlikdə sürətlə atmağı və öz metodikasının effektivliyini nümayiş etdirməyi planlaşdırırdı. Lakin işlər planlaşdırıldığı kimi getməyib.

Noyabrın 18-də Nuyanzin bir ay ərzində kökələrək çəkisini 105 kq-a çatdırdığını açıqlayıb. Bundan cəmi dörd gün sonra isə o, yuxuda olarkən ürək tutmasından dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr