AZ

Vaşinqtonda atışma: hərbiçilərin ölüm xəbəri təkzib olundu

BAKI, 27 noyabr. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Keş Patel Vaşinqtonda baş vermiş atışma zamanı yaralanan iki Milli Qvardiya hərbçisinin sağ olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Vaşinqton şəhərində keçirilən mətbuat konfransında çıxışı zamanı danışıb.

Patel hərbçilərin vəziyyətinin ağır olduğunu vurğulayıb:

“Onlara atəş açılıb, hazırda ağır vəziyyətdədirlər”.

Daha əvvəl Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrissi yaralanan hərbçilərin öldüyünü açıqlamışdı. Lakin sonradan o, bu məlumatın dəqiqləşdirilməsinə ehtiyac olduğunu qeyd edib.

Hadisə zamanı yaralananlar Milli Qvardiya-nın hərbçiləridir. Faktla bağlı istintaq davam etdirilir.

Seçilən
25
teleqraf.com

1Mənbələr