2025/2026 mövsümünün Çempionlar Liqasının 5-ci turu çərçivəsində 9 qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, matçlarda ümumilikdə 34 qol vurulub və bir sıra maraqlı nəticələr qeydə alınıb.
Günün ən maraqlı oyunlarından biri Pireydə “Olimpiakos” ilə “Real Madrid” arasında baş tutan və 7 qolla nəticələnən matç olub. Eləcə də PSJ-nin “Tottenhem” üzərində 5:3 hesablı qələbəsi günün ən məhsuldar oyunlarından biri kimi qeydə alınıb.
Digər görüşlərdə “Arsenal” Londonda “Bavariya”nı 3:1 hesabı ilə məğlub edib liderlik iddiasını davam etdirib. “Atletiko” da evdə “İnter”i 2:1 hesabı ilə üstələyib. Günün sürprizlərindən biri isə “Liverpul”un öz meydanında PSV-yə 1:4 hesabı ilə uduzması olub.
“Kopenhagen” – “Kayrat” – 3:2
“Pafos” – “Monako” – 2:2
“Sportinq” – “Brügge” – 3:0
“Ayntraxt” – “Atalanta” – 0:3
PSJ – “Tottenhem” – 5:3
“Liverpul” – PSV – 1:4
“Atletiko” – “İnter” – 2:1
“Olimpiakos” – “Real” – 3:4
“Arsenal” – “Bavariya” – 3:1
2025/2026 mövsümünün final qarşılaşması 30 may 2026-da Budapeşt “Puškaş Arena”da baş tutacaq.